Təqribən bir ay əvvəl Məsumə Cəlilpur adlı gənc bir qadının rədd cavabı alan elçisi tərəfindən kimyəvi turşu hücumuna məruz qaldığı Təbriz şəhərində növbəti oxşar faciə baş verib.
Tabrizebidar.ir və Rokna internet portallarının xəbərinə görə, aprelin 21-də üzü turşu ilə yandırılmış 37 yaşında bir qadın Təbrizin Sina xəstəxanasına aparılıb.
Polis təhqiqatından sonra qadının həyat yoldaşı tərəfindən hücuma məruz qaldığı məlum olub.
Keçən ay rədd cavabı verdiyi elçisinin turşu hücumuna məruz qalan Məsumə Cəlilpurun faciəvi hekayəsi mətbuatda və toplumda geniş əks-səda doğurub.
Xəstəxana məsullarının bildirdiyinə görə, bədənin 50 faizi turşu ilə yandırılmış qadın qolları və üzündən ağır xəsarət alıb.
Keçən mart ayının 19-da rədd cavabı verdiyi elçisi tərəfindən turşu ilə yandırılan 26 yaşındakı Məsumə Cəlilpurun faciəvi hekayəsi mətbuatda və toplumda geniş əks-səda doğurmuşdu.
Qadın haqları müdafiəçiləri İranın müxtəlif bölgələrində bu kimi hücumların sistemli şəkildə törədildiyini önə çəkirlər. Onlar hakimiyyət və hakimiyyətə yaxın qrupların bu hücumlara zəmin yaratdığını, eləcə də hadisələri önləmək istiqamətində hökümətin ciddi bir addım atmadığından şikayətlənirlər.