Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) son günlərdə 7 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycanın dövlət sərhədindən keçmək cəhdinin qarşısını alıb.
DSX-nin mətbuat mərkəzinin məlumatına görə, oktyabrın 7-də Banqladeş vətəndaşı Ahmed Mohammad Masum və Moksu Mohammad Muminoor Rohman, oktyabrın 8-də Ashraf Muhammad və Ahmed Bilal, oktyabrın 9-da Hindistan vətəndaşı Gurpreet Singhn, İran vətəndaşı Abedi İman, oktyabrın 14-də İtaliya vətəndaşı Mshainesh Ahmad saxta vizalarla Azərbaycanın dövlət sərhədini keçmək istəyərkən saxlanılıb.
Mətbuat mərkəzi bildirir ki, saxlanılan şəxslər barədə müvafiq tədbirlər görülüb.