Süzan Martin: "İmmiqrasiya suverenliyin ən görünən əlamətidir"
Your browser doesn’t support HTML5
Vaşinqtonda qərargahlanan Corctaun Universitetinin beynəlxalq miqrasiya üzrə professoru Süzan F. Martin dekabrın 18-də qeyd olunan Beynəlxalq Miqrasiya Günü münasibətilə Amerikanın Səsinə verdiyi müsahibədə miqrantları başqa ölkəyə köçməyə cəlb edən amillərdən, yerli əhali arasında miqrantlara qarşı mənfi münasibətinin səbəblərindən bəhs edib.