Suriyada 257 jurnalist və media işçisi həlak olub

Suriyada vətəndaş müharibəsi dördüncü ilinə daxil olub. Bu ölkədə xarici peşəkar jurnalistlərin boşluğunu yerli vətəndaşlar doldurur.

Suriyada bu müddət ərzində 257 jurnalist və media işçisi həlak olub. Bu məlumat Suriyanın Jurnalist Assosiasiyası tərəfindən yayılıb.

Hüquq müdafiəçiləri təkcə oktyabr ayında 7 media fəalının öldürüldüyünü bildirir. Onlardan biri hökumətin nəzarət mərkəzində işgəncələrin qurbanı olub. Digərləri isə İŞİD yaraqlıları tərəfindən öldürülüb.

Amerikalı Ceyms Foli və Stiv Sotloffun başının kəsilməsindən sonra beynəlxalq media təşkilatları Suriyaya jurnalist göndərməyə cəsarət etmir.

Jurnalistlərin öldürülməsi ilə yaranan boşluqları Suriyanın vətəndaş jurnalistləri doldurur. Ölənlər arasında 24 yaşlı Məhəmməd Əlqasım da var. O, idlib vilayətində maşının silahlı şəxslər tərəfindən hədəf alınması ilə qətlə yetirilib.

Onun çalışdığı Rozana radiosunun baş redaktoru Lina Çavafın dediyinə görə, Məhəmmədin nə üçün və kim tərəfindən öldürüldüyü məlum deyil.

“Bəlkə də o jurnalst olduğu üçün qətlə yetirilib.”

Avropa donorları tərəfidən maliyyələşdirilən Rozana radiosunun Suriyada 70 jurnalisti fəaliyyət göstərir. İŞİD 3 Rozana jurnalistini ələ keçirib. Onların iksi bir ildən artıqdır giorov saxlanılır.

İslamçı ekstremistlər və prezident Əsədin gizli polis işçilərinin müstəqil medianı sudurmaq cəhdləri jurnalistlərin təhlükəsini artırıb.

Vətəndaş jurnalizmini təşviq edən nədir?

35 yaşlı keçmiş riyaziyyat müəllimi Rovaida Yusif 2013-cü ildə Dəməşq yaxınlığında həbs edilərək, uzun müddət cəza çəkib. O, çantasında səsyazma cihazı olduğu üçün ittiham edilib.

Rovaidanın dediyinə görə, müharibənin başlanğıcında baş verənlərlə bağlı dürüst məlumat yayılmasına ehtiyac var idi. Hətta xarici ərəb xəbər agentlikləri belə vəziyyətlə bağlı dəqiq məlumat vermirdi.

O, həbsdə qaldığı 9 ay müddətində döyüldüyünü deyib.

Beynəlxalq media təşkilatları reportyorların Suriyaya göndərilməsinin çox riskli olduunu deyir.

Rozana radiosunun jurnalistlərinin heç də hamısı təcrübli peşəkar müxbir deyil. Məhz buna görə də onların yaydığı məlumatara hər zaman etibar etmək olmur.