Suriya erməniləri Ermənistanda sığınacaq tapır

Aren Kurumliyan, 15, Ermənistanda məktəb düşərgəsinə getmək üçün Hələbi tərk etmişdi.  Doqquz ay sonra ailəsi ilə birlikdə o, Yerevanda yaşayır.  20 fevral, 2013. (V. Undritz/Amerikanın Səsi)

Aren Kurumliyan Suriyadan gəlmiş dostu ilə bərabər divar xəritəsinə baxır.  20 fevral, 2013. (V. Undritz/Amerikanın Səsi)

Yerevandakı 114 nömrəli məktəbdə tənəffüs zamanı suriyalı-erməni şagirdlər ermənistanlı şagirdlərlə söhbətləşirlər. (V. Undritz/Amerikanın Səsi)

Suriya erməniləri Yerevanda həmvətənlərinin sahib olduqları Anteb restoranında ev yeməklərinin tamını dadırlar. (V. Undritz/Amerikanın Səsi)

Qərbi Ermənistan mətbəxinə xüsusi önəm verən Anteb resotranında xadimə sifarişi aşpaza çatdırır.  (V. Undritz/Amerikanın Səsi)

Antebdə aşpaz qərbi Ermənistanın köhnə reseptlərindən istifadə edərək təam hazırlayır. 20 fevral, 2013. (V. Undritz/Amerikanın Səsi)

Hələbdən gəlmiş 25 yaşlı Sarkis Rşduni Yerevanda valyuta mübadiləçisi kimi işləyir.  Burada o, ərəb dili qabiliyyətlərindən yararlana bilir.  (V. Undritz/Amerikanın Səsi)

Sarkis Balxiyan Suriyada boya-başa çatmış, ABŞ-da universitet təhsili almış və nəhayət Ermənistana köçmüşdür.  Burada o, qaçqınlara yeni yurdda məskunlaşmağa yardım göstərir. 20 fevral, 2013. (V. Undritz/Amerikanın Səsi)

Suriyalı ermənilər Yerevanda Müqəddəs Sarkis Kilsəsində ibadət edirlər.  25 fevral, 2013. (V. Undritz/Amerikanın Səsi)