Görüşün əsas məqsədi Türkiyə, Səudiyyə Ərəbistanı, İran və Misir diplomalarını bir araya gətirməkdən ibarətdir
Türkiyə, Səudiyyə Ərəbistanı, İran və Misir diplomatları Suriyada vətəndaş müharibəsinə son qoyulmasını müzakirə etmək üçün Misirdə görüş keçirir.
Dördlüyün Misir prezidentinin təşəbbüsü ilə keçirdiyi görüşün əsas məqsədi Suriya müxalifətini dəstəkləyən Səudiyyə Ərəbistanı, Türkiyə və Misirlə prezident Bəşar Əl-Əsədin rejiminin başlıca müttəfiqi olan İranı bir araya gətirməkdən ibarətdir.
BMT-nin Suriya üzrə yeni nümayəndəsi Lahdar Brahimi Suriyada böhranın diplomatik həllinə yardım məqsədilə bu həftə Dəməşqə səfər edəcək. Onun sələfi BMT-nin keçmiş Baş katibi Kofi Annanın irəli sürdüyü sülh planı iflas uğradıqdan sonra o, istefa vermişdi.
Misirdə görüşən dördlüyün problemlərlə qarşılaşa biləcəyi gözlənilir. Sünni Misir, Türkiyə və Səudiyyə Ərəbistanı prezident Əsədin istefasına çağırmış, şiə İran isə ona dəstəyini bildirmişdir. Səudiyyə Ərəbistanı və İran arasında İran körfəzində təhlükəsizlik məsələləri ilə bağlı fikir ayrılıqlarına malikdir.
Misir prezidenti Məhəmməd Mursi belə görünür, dördlüyün görüşündə iştirak edən İranın tədricən fikrini dəyişərək, prezident Əsədə alternativlə razılaşağına və sülh planını qəbul edəcəyinə ümid bəsləyir.
Misir Xarici İşlər nazirliyinin bildirdiyinə törə, diplomatların iştirakı ilə müzakirələr dörd ölkənin xarici işlər nazirləri səviyyəsində görüş üçün hazırlıq xarakteri daşıyır.