ABŞ prezidenti Barak Obama Suriyada xalqa qarşı zorakılığın tətbiq edilməsindən dəhşətə gəldiyini bildirib. Ağ Evin açıqladığı bəyanatda deyilir ki, Həmadan verilən məlumatlar Suriya prezidenti Bəşşar əl-Əsəd hökumətinin həqiqi üzünü nümayiş etdirir. Cənab Obama Birləşmiş Ştatların cənab Əsədə təzyiqləri artırmağa və Suriya hökumətini təcrid etmək üçün başqa ölkələrlə birgə iş aparılmasına söz verib. BMT-nin Baş katibi Ban Ki Mn Suriya hökumətini öz vətəndaşlarına qarşı qüvvə işlətməyə dərhal son qoymağa və insan hüquqlarına hörmət etməyə çağırıb. ABŞ-ın Suriyadakı səfirliyi Həmada bazar günü keçirilən hücumları qınyayaraq, bunu Suriya xalqına qarşı müharibə adlandırıb. Fransa da hücumu qınayıb.