ABŞ dövlət katibi rusiyalı həmkarı ilə görüşəcək

ABŞ dövlət katibi Hillari Klinton bu gün Suriya böhranına dair beynəlxalq müşavirədən əvvəl rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparır. Klinton və Lavrov Suriyaya dair keçid planındakı fikir fərqliliyini aradan qaldırmaq üçün Sankt-Peterburqda görüşəcəklər.

Dünya qüdrətləri şənbə günü Cenevrədə Suriya münaqişəsini həll etmək üçün dünya qüdrətlərinin yeni ideyalarla razılaşmalarını istəyən beynəlxalq sülh elçisi Kofi Annanın təşkil etdiyi görüşdə bir araya gəlməyi planlaşdırırlar. Latviyaya səfəri zamanı çıxış edən xanım Klinton görüşün böyük ehtimalla keçiriləcəyini deyib.

BMT-nin diplomatik mənbələri cənab Annanın Suriyada milli birlik hökumətinin yaradılmasını təklif etdiyini deyib. Bu yeni təklif açıq şəkildə Suriya prezidenti Bəşər əl-Əsədin vəzifədən getməsini ehtiva etmir, amma ölkədə sabitliyi pozmağa çalışan şəxslərin kənarlaşdırılmasına xidmət edir. Cənab Lavrov böhranala bağlı istənilən həll variantının suriyalıların özləri tərəfindən tətbiq edilməsinin vacibliyini dilə gətirib.