Bəşar Əl-Əsəd: "Məhv ediləcək silahların pulunun ödənilməsi məqsədəuyğun olardı"

Suriya prezidenti Bəşar Əl-Əsəd kimyəvi cəbbəxananı məhv etmək istiqamətində tam əməkdaşlıq etməyə hazır olduğunu deyib.

Lakin o, ötən ay Dəməşq yaxınlığında yüzlərlə insanın ölümünə səbəb olan zəhərli qaz hücumunun onun hərbi qüvvələri tərəfindən həyata keçirildiyini inkar edib.

Fox News televiziya kanalına müsahibəsində cənab Əsəd ABŞ-la Rusiya arasındakı razılığa görə kimyəvi silahlarını məhv edəcəyini vəd edib.

O, Birləşmiş Ştatlara məhv ediləcək silahların dəyərində pul ödənilməsinin məqsədəuyğun olduğunu deyib.

BMT-nin Təhlükəsizlik Şurasının nümayəndələri tərəfindən müzakirə olunan tərkisilah planı Suriya hökumətinin şənbə gününədək kimyəvi silahlar haqda detalları təhvil verməsini tələb edir.