Rusiya hökuməti bildirib ki, Suriya ötən ay Dəməşq yaxınlığında kimyəvi silahların üsyançılar tərəfindən istifadə edildiyinə dair yeni dəlillər təqdim edib.
Rusiyanın xəbər agentlikləri xarici işlər nazirinin müavini Sergey Ryabkovun sözlərinə istinadən dəlillərin Rusiyaya təqdim edildiyi haqda məlumat verib.
BMT-nin baş katibi Ban Ki Mun Suriya məsələsini BMT-nin Baş Assambleysanını 68-ci sessiyasının açılışında qeyd edib.
BMT təhqiqatçıları avqustun 21-i Dəməşq yaxınlığındakı Qota şəhərində 1400 nəfərin ölümünə səbəb olmuş kimyəvi hücumun keçirildiyini təsdiqləyən hesabat açıqlayıb.
Hesabatda hücumun kimlər tərəfindən törədildiyi göstərilmir. Lakin Vaşınqton və onun Qərb müttəfiqləri faktlara əsaslanan hesabatın hücumun cənab Əsədə sadiq qüvvələr tərəfindən törədildiyini açıq-aydın göstərdiyini bildirir. Cənab Əsəd bu ittihamı rədd edir. Rusiya və Çin isə kimyəvi hücumun Əsəd qüvvələri tərəfindən keçirildiyini sual edir.