ABŞ prezidenti Barak Obama deyib ki, Birləşmiş Ştatlar Suriyada kimyəvi silahdan istifadə barədə məlumatı ətraflı araşdıracaq.
Dünən Qüdsdə çıxışı zamanı cənab Obama kimyəvi silahdan istifadənin faciəli nəticələr verə biləcəyini deyib. O, administrasiyasının üsyançı qüvvələrin bu silahdan istifadə etməsinə "son dərəcə skeptik" yanaşdığını əlavə edib.
Bundan bir qədər əvvəl ABŞ-ın Suriyaya səfiri Nümayəndələr Palatasının Xarici Məsələlər üzrə Komitəsi qarşısında Birləşmiş Ştatların Suriyanın şimalında bu həftə kimyəvi silahlardan istifadə ittihamını təstiqləyən dəlilinin olmadığını deyib. Robert Ford bu məlumatın hazırda regional dövlətlərlə dəqiqləşdirildiyini bildirib.
Çərşənbə günü Suriyanın BMT-dəki səfiri Suriya hökumət qüvvələrinin kimyəvi silahlara sahib olmasını, yaxud bunlardan istifadə etməsini rədd edib. Bəşər Cəfəri hökumətin "heç zaman xalqa qarşı bu silahlardan istifadə etməyəcəyini" deyib.
Çərşənbə axşamı Suriya dövlət televiziyası yaralandıqları deyilən bir qrup adamı hospitalda göstərərək onların Hələb yaxınlığında üsyançıların təşkil etdikləri kimyəvi hücuma məruz qaldıqlarını iddia edib.