Suriyada hökumət qüvvələri ilə üsyançılar arasında bir il yarım davam edən konfliktdən əziyyət çəkən əsas qruplardan biri uşaqlardır. Müharibə üzündən didərgin düşən insanların yarısı uşaqlardır. Müharibə məktəblilərin təhsilinə də öz təsirini göstərir.
http://www.youtube.com/embed/RfJsZIqhKWQDəməşq məktəblərinin sinif otaqlarında şagirdlər hər bir normal məktəbdə olduğu kimi dərs keçir. Məktəbdən kənarda isə hər şey tamamilə başqa cürdür.
Paytaxtın o biri başından gələn partlayış sədası sinif otaqlarında eşidilir. Zeid İbn əl Xəttab adlı orta məktəbdə çalışan Maysa Masud adlı müəllimə deyir ki, müharibə yaxınlaşdıqca müəllimlər şəhərdə baş verənləri izah edirlər.
Maysa Masud: “Baş verənlərin qəsd olduğunu öyrətmək istəyirik.”
Suriyanın xaricin təcavüzə məruz qalması haqda təsəvvür şagirdlərin çəkdikləri rəsmlərdə əks olunur.
Məktəbin dəhlizlərində asılmış rəsmlər prezidenti təbliğ edir və onun düşmənlərini pisləyir.
Uşaqlar hökumət qüvvələrinə inandıqlarını ifadə edir.
Dəməşqli şagird Yəminə.
“Mən heç nədən qorxmuram. Suriya ordusu bizi qoruyur. Allah onları qorusun və onların qələbəsinə yol açsın.”
Müəllimlərinin göstərişi ilə şagirdlər müxalifəti təhqir edirlər.
“O itlər bizim ölkəmizi viran qoyub. Arzu edirik ki, köhnə günlər qayıtsın və hər şey əvvəlki kimi olsun,” deyə şagird David bildirir.
Amma köhnə günlər artıq keçmişdə qalıb. Dəməşqin mərkəzində olan bu məktəb ölkə boyu bağlanan 2000 məktəbdən yeganə fəaliyyət göstərənidir. Münaqişə bölgəsində yaşayan valideyinlər uşaqlarının nisbətən təhlükəsiz olan bu Zeid İbn əl Xəttab məktəbində təhsil almalarını təmin etməyə çalışır.
Arifə Nazer oğlunu bu məktəbə qoya bilib. Onun Zamalka rayonundakı məktəbi təxminən bir il əvvəl müharibə ucbatından bağlanıb.
Arifə əl Nazer onun öz məktəbinə getməməsinə çox heyifsilənir.
Münaqişə və siyasətə baxmayaraq məktəb şagirdləri mümkün səviyyədə təhsillə təmin edilə bilir. Oxuma, yazma və riyazıyyat dərsləri. Burada hətta uşaqların hüququ barədə dərs də keçirilir. Müəllimə şagirdlərdən öz haqlarını sadalamalarını xahiş edir. Şagirdlərdən biri tibbi xidmət, digəri təhsil hüququ, bir başqası isə oynamaq hüququnu sadalayır.
Yüzlərlə usağın ölümünə, on minlərlə uşağın didərgin düşməsinə bais olan münaqişə zamanı bu hüquqlardan, sadəcə oynamaq hüququndan yararlanmaq nadir hala çevrilib.