Rusiya tərəfindən həyata keçirildiyindən şübhələnilən hava hücumu Suriyanın İdlib şəhərinin cənubunda üsyançıların nəzarətində olan Ariha şəhərində izdihamlı bazarı dağıdıb. Hadisədə təxminən 15 nəfər həlak olub.
Britaniyada qərargahlanan Suriya İnsan Haqlarını Müşahidə qrupu bu hücumun alış-veriş ərazisinə 24 saat ərzində ikinci hücum olduğunu bildirib.
Müxalifət tərəfindən Mülkü Müdafiə xidmətinin bildirdiyinə görə dünənki hücumda 20 nəfər yaralanıb. Yerli fəallar tərəfindən yayımlanan video görüntüdə böyük dağıntılar nümayiş etdirilir.
Bir gün əvvəl yaxınlıqda yerləşən Saraqeb şəhərində Rusiyanın həyata keçirdiyindən şübhələnilən digər bir hava hücumu nəticəsində onlarla insan həlak olub.
Hücumlar Suriya münaqişəsinə son qoymaq üçün Rusiyada sülh danışıqlarına start verilməsi ilə eyni vaxtda baş verir.