Rusiya rəsmiləri gələn həftə Suriya hökumətinin müxalifət nümayəndələri ilə sülh danışıqlarını bərpa edəcəyinə ümüd etdiyini bildirib. Ötən həftənin cümə günü Cenevrədə danışıqlarının birinci raundunda az inkişaf əldə edildiyi müşahidə edilib.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Suriya Milli Şurasının prezidenti Əhməd Cabra ilə Moskvada görüşdən sonra verdiyi bəyanatda tərəfləri siyasi həll yolunu dəstəkləməyə çağırıb.
Əhməd Carba isə deyib ki, müxalifət danışıqları davam etdirmək niyyətindədir və Rusiya üç ilə yaxındır davam edən Suriya böhranının siyasi həlli yolunun tapılmasına yardım etmək işində mühüm rol oynayır.
Rusiyanın dövlətə məxsus mətbuatı xarici işlər nazirinin müavini Gennadi Qatilova istinadən Suriyanın bu ay kimyəvi silahlarının böyük hissəsini çıxarmağı planlaşdırdığı haqda məlumat yayıb.
Proses bu ilin ortalarınadək Suriyanın kimyəvi silahlardan təmizlənməsi planının bir hissəsi olaraq həyata keçirilir. ABŞ rəsmiləri ötən həftə Suriyanı kimyə silahların çıxarılması prosesini ləng həyata keçirdiyinə görə tənqid edib.