Suriya hökuməti müxalifətlə danışıqlara hazır olduğunu deyir

Suriya hökuməti prezident Bəşar Əl-Əsədə qarşı çıxan silahlı müxalifət qüvvələri ilə danışıqlara hazır olduğunu bildirib. Bu gün Moskvada səfərdə olan Suriya xarici işlər naziri Valid Əl-Müəllim hökumətinin danışqılar aparmaq istəyənlərlə dialoqa hazır olduğunu deyib.

Suriya xarici işlər naziri keçən həftə Suriyadakı böhran və hökumətlə üsyançılar arasındakı münaqişə hərbi yolla deyil, danışıqlar yolu ilə aparılmalıdır deyən rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Bu arada isə Suriyanın müxalifət fəalları bazr günü hökumətin hərbi təyyarələrinin Dəməşq və Hələb şəhərlərində üsyançıların istehkamlandığı ərazilərə hücumlar həyata keçirdiyini bildirib.