BMT Suriyada davam edən vətəndaş müharibəsini “uşaqlara qarşı müharibə” adlandırır

Your browser doesn’t support HTML5

BMT Suriyada davam edən vətəndaş müharibəsini “uşaqlara qarşı müharibə” adlandırır

Yardım işçiləri Suriyanın hökumətə qarşı döyüşən silahlı üsyançıların nəzarətini əlində saxladığı sonuncu vilayət olan İdlibdə hər ay iki-dörd uşağın tərk edildiyini bidirir. Onlar deyirlər ki, yoxsulluq və qorxu çarəsiz valideynləri uşaqlarının yad adamlarla daha yaxşı bir gələcəyi olması ümidi ilə tərk edir.

Nur altı aylıq olsa da, həkimlər onun üç aylıq uşaq boyda olduğunu deyirlər. O, vaxtından təxminən üç ay əvvəl İdlibdə anadan olub. Doğulduqdan sonra xəstəxanada qoyulan Nur buraya, normal vaxtlarda ehtiyac olmayan cəmiyyətdəki uşaq evinə gətirilib.

Yardım işçiləri onu Əmmar Səlim və Səlva Səidin himayəsinə verib. “Biz uşaq sahibi olmaq istəyirdik. Bütün istədiyim bu idi. Bu baş verdi və mən ona mehribanlıq və məhəbbət bəxş eirəm. Bu, Allahın möcüzəsi idi” - deyə, Səlva Səid bildirir.

Uşaq evinin rəsmiləri deyirlər ki, onlar hazırda Suriyanın mərkəzi hökumətinə qarşı döyüşən üsyançı qrupun nəzarətindəki təcrid olunmuş İdlib regionunda hər ay iki ilə dörd arasında tərk edilmiş uşaq tapırlar. Uşaq Evindən Yunis Əbu Amin: “Əslində 5 il bundan əvvəllə müqayisədə lazımi qayğı göstərilməyən uşaqların sayı artıb”.

Son illər bu mərkəz 200-dən çox uşağın qayğısına qalıb və imkan daxilində onları uşaq istəyən insanların və ya qohumlarının himayəsinə verib. Yardım işçiləri uşaqların xəstəxanalarda, məscidlərdə və bəzən də küçələrə atılmasında yoxsulluq, müharibənin yaratdığı xaos və nikahsız hamilə qadınları həyatları üçün qorxuya salan mühafizəkar normaları günahlandırır.

Nuru himayəsinə götürən valideynlərin onu qanuni övladları kimi qeydiyyata almaq imkanı yoxdur. Bir çox müsəlman ölkələrində övladlığa götürmə qəbul edilmir və buna icazə verilsə belə, İdlibdə faktiki hökumət heç bir ölkə tərəfindən tanınmır.

Humanitar yardım işçiləri deyirlər ki, bu mərkəz tərk edilmiş uşaqlar üçün dayanacaq yeridir, məsələnin daimi həll yolu deyil. Uşaq Evindən Rəmziyə Abdulla: “Biz daimi deyil, müvəqqəti qayğı təklif edirik. Biz uşağın vəziyyətini öyrənir və böyük ailə və ya himayədar ailəyə kimi onu uyğun həll yolları axtarırıq.“

İdlibdə iki milyondan çox iki milyondan çox məcburi köçkün yerləşdirilib. Onların çoxu yetərincə qida, elektrik enerjisi və dərman çatışmazlığı şəraitində bərbad vəziyyətdəki düşərgələrdə yaşayır. Təkcə bu ilin ilk günlərində hava hücumları nəticəsində 2 uşaq həlak olub, 5 uşaq isə yaralanıb. UNICEF təxminən 241 min insanın suyunun kəsildiyini bildirib.

BMT agentliyi Suriyada təxminən 11 ildir davam edən vətəndaş müharibəsini “uşaqlara qarşı müharibə” adlandırır.