Suriyanın Homs şəhərinə raket hücumları həyata keçirilib

Fəalların bildirdiyinə görə, Suriya hökumətinə məxsus silah anbarının partladılmasından sonra Homs şəhərinə edilən raket hücumları azı 40 nəfərin ölümünə, onlarla insanın yaralanmasına səbəb olub.

Baş qərargahı Britaniyada yerləşən Suriya İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, ölənlərin sayı daha çox ola bilər. Ölənlər arasında həm əsgərlərin, həm də mülki vətəndaşların olduğu deyilir.

Yerli sakinlərin bildirdiyinə görə, üsyançıların silah anbarına hücumundan sonra anbardan bir saatdan çox partlayış səsləri gəlib.