Suriyanın müxalifət qüvvələri strateji əhəmiyyət kəsb edən Suravkib şəhərini ələ keçirib

Fəalların sözlərinə görə, Suriya müxalifət qüvvələri hökumət qüvvələri üçün mühüm olan strateji Suravkib şəhərinin nəzarətini əla alıb. Suriya İnsan Haqları Müşahidə qrupu bildirib ki, prezidentə sadiq qüvvələr Suravkib şəhərindən geri çəkiliblər. Bu şəhər Hələbdən Dəməşqə və Aralıq dənizinədək gedən yolların birləşdiyi yerdə yerləşir.

Fəalların sözlərinə görə, dünən hökumət qüvvələrinin ərazidəki polis yoxlama məntəqələrinə qarşı hücumları zamanı təxminən 28 əsgər öldürülüb. Bundan sonra Suravkib şəhərinin nəzarəti üsyançıların əlinə keçib.

Dünən hücumdan bir qədər sonra YouTube veb səhifəsində suriyalı üsyançıların əsgərləri edam etdikləri nümayiş etdirilib. Edamın əsgərlər təslim olduqdan sonra həyata keçirildiyi ehtimal olunur.

Video müstəqil qüvvələr tərəfindən təsdiqlənməyib. Lakin görüntülər insan haqları qrupları arasında narahatlığa səbəb olub.