Hillari Klinton Suriya böhranını Sergey Lavrovla müzakirə edib

ABŞ Dövlət katibi Hillari Klinton Rusiyanın Xarici İşlər naziri Sergey Alvrov və BMT-nin sülh elçisi Lahdar Brahimi ilə Suriyada böhranı müzakirə edib.

ABŞ-ın yüksək səviyyəli rəsmisinin bildirdiyinə görə, onların görüşü İrlandiya paytaxtı Dublində insan hüquqlarına dair konfrans çərçivəsində baş tutub.

Görüş Suriya hökumətinin öz xalqına qarşı kimyəvi silahlardan istifadə edə biləcəyi ilə bağlı narahatlıqların artdığı fonda baş verir.

BMT-nin Baş katibi Ban Ki Mun kimyəvi silahlardan istifadə edilə bilməsi ilə bağlı Qərb ölkələrinin Suriyada vəziyyətlə bağlı narahatlıqlarını bölüşüb.

ABŞ mediası Birləşmiş Ştatlar rəsmilərinə istinadən Suriya ordusunun kimyəvi silahların bombardmanların keçirildiyi ərazilərə gətirildiyi və son əmrin gözlənilədiyi haqda məlumat verib.

Suriyanın Xarici İşlər nazirinin müavini Faysal Maqdad narahatlıqları rədd edərək, Qərbin kimyəvi silahlara dair təhlükəni artırmasını müdaxilə üçün bəhanı kimi qiymətləndirib.