"13 yaşlı uşaqlar ön cəbhəyə göndərilir"

İnsan haqları təşkilatı Human Rights Watch-un bu gün açıqladığı hesabatında Suriyadakı İslamçı qrupların 13-15 yaşlarındakı oğlan uşaqlarına pulsuz təhsil söz verərək, onları sıralarına cəlb etdiyi və döyüşə göndərdikləri deyilir.

Hesabatda deyilir ki, İraq sərhədlərindəki böyük ərazini ələ keçirən İraq Şam İslam Dövləti (İŞİD) oğlan uşaqlarına Suriyada təlimlər keçir, intihar hücumları həyata keçirməyi öyrədir.

İnsan haqları təşkilatı oğlan uşaqlarının Qərbin dəstəklədiyi Azad Suriya Ordusu, Əl-Qaidənin qollarından olan Nüsra Cəbhəsi, kürd yaraqlıları və digər islamçı qruplaşmalar tərəfindən cəlb edildiyinə dair faktların olduğunu deyir. "Uşaqları ön cəbhəyə döyüşə göndərməklə, Suriyada vəziyyət getdikcə ağırlaşır", deyə hesabatda bildirilir.