Laxdar Brahimi Suriya böhranı bağlı Livan liderləri ilə görüşüb
BMT və Ərəb Liqasının Suriya üzrə elçisi Laxdar Brahimi son səfəri olaraq, Suriyada artıq 19 aydır davam edən böhranla bağlı müzakirələr aparmaq üçün Livana səfər edib.
Cənab Brahimi bu gün Livan prezidenti Mişel Suleyman, baş nazir Nəcib Mikati və parlamentin spikeri ilə görüşürlər keçirib. O deyib ki, Suriyanın vətəndaş müharibəsi bütün Yaxın Şərqə yayıla bilər.
Bundan əvvəl cənab Brahimi Misir, İraq, Səudiyyə Ərəbistanı, Türkiyə və İrana səfər etmişdi. Bu həftənin əvvəlində o, Suriyanın müttəfiri İranı gələn həftə başlayacaq müsəlmanların müqəddəs Qurban bayramı zamanı Suriyada ətəşkəsə nail olunmasına yardım etməyə çağırmışdı.
Suriyanın dövlət SANA xəbər agentliyi Xarici İşlər Nazirliyinin sözçüsü Cihad Makdissiyə istinadən bildirib ki, Suriya məsələnin konstruktiv həllinin tapılması üçün cənab Brahiminin gəlməsini gözləyir.