BMT və Ərəb Liqasının Suriya üzrə elçisi Çini Suriyada 19 ay davam edən böhranın həllində iştirak etməyə çağırıb.
Laxdar Brahimi bu gün Pekində Çinin xarici işlər naziri Yanq Cieçi ilə görüşündə naziri münaqişənin həllində fəal iştirak etməyə çağırıb.
Bu həftənin əvvəli Brahimi Rusiya rəsmiləri ilə görüşüb. Çin və Rusiya hər ikisi BMT-nin Təhlükəsizlik Şurasının Suriya hökumətinə qarşı sanksiyalarla nəticələnəcək qətnaməsinə veto qoyub. Brahimi müqəddəs Qurban bayramı ərəfəsində Suriya hökumət qüvvələri və üsyançıları atəşkəsə çağırıb. Lakin hər iki tərəf müvəqqəti barışıq təklifinə məhəl qoymayıb.
Suriya fəalları döyüşlərin davam etdiyini və dünən ölkə boyu toqquşmalar və hava hücumlarının 120-dən çox insanın ölümünə səbəb olduğu deyib.