BMT Suriyada humanitar vəziyyəti müzakirə edib

BMT Təhlükəsizlik Şurası bu gün bağlı qapılar arxasında keçirilən iclasda Suriyada humanitar vəziyyəti müzakirə edib. Suriyada hökumət qüvvələri Rusiyanın hava hücumlarının köməyi ilə Hələbdə üsyançılara qarşı mübarizə aparır.

Əməliyyatlar on minlərlə insanın Türkiyə sərhədi tərəfinə qaçmasına və regionda humanitar böhranın aradan qaldırılması yollarını axtaran BMT və yardım qruplarının narahatlığına səbəb olub.

Britaniyada qərargahlanan Suriya İnsan Haqlarını Müşahidə qrupu bildirib ki, təxminən 100 mülkü vətəndaş da daxil olmaqla hücumlarda azı 500 insan həlak olub.

Dövlət Depatamentının sözçüsü Rusiyanın hava hücumlarını təkrarən tənqid edib.

Rusiya dəfələrlə Suriyada hərbi əməliyyatlara dair tənqidləri rədd edərək prezident Bəşar əl-Əsədə dəstək bildirib.

Üsyançı qruplar BMT-nin dəstəklədiyi sülh danışıqlarına qayıtmazdan əvvəl hava hücumlarının dayandırılmasını istədiklərini bildirib.