Suriyada müxalifət birlik yaradıb

  • Amerikanın səsi

Suriyada müxalifət birlik yaradıb

Suriyada fəallar şənbə günü azı doqquz insanın öldürüldüyünü bildirir. Hadisələr Ərəb Liqasının müşahidəçi missiyasının beş gündür Suriya hökumətinin müxalifətçilərin təqiblərinə son qoymaq haqda vədinə əməl etdiyini monitorinq etmək üçün ölkədə olduğu vaxt baş verir. Müxalifətdə olan Yerli Koordinasiya Komitəsi üç nəfərin Homs regionunda öldürüldüyünü bildirir. Fəalların sözlərinə görə, prezident Bəşar Əl-Əsədin opponentlərindən ibarət böyük bir qrup şənbə gün etiraz aksiyası keçirib, bəzi hallarda isə dəfn mərasimləri etiraz nümayişlərinə çevrilib. Bundan bir qədər əvvəl isə Suriyanın ən böyük iki müxalifət qrupu prezident Əsədin hakimiyyətdən devrildiyi halda, ölkədə keçid prosesini təmin etmək üçün yolların araşdırılması məqsədilə birlik yaratdıqlarını elan edib. Suriyanın Milli Şurası və Suriyada Demokratik Dəyişiklik naminə Milli Koordinasiya prezident Əsəd hökumət əleyhinə nümayişlər nəticəsində hakimiyyətdən salınsa, demokratik idarəçiliyin parametrlərinə dair razılığa imza atdıqlarını bildirib.