Suriyadan Türkiyəyə qaçqın axını davam edir

  • Amerikanın səsi

Suriyadan Türkiyəyə qaçqın axını davam edir

Suriyadan Türkiyəyə bu gün daha çox sayda insanın keçdiyi bildirilir. İnsan hüquqları fəallarının sözlərinə görə, Suriya əsgərlərinin ələ keçirdiyi Cisr əl-Şuqur şəhərinin özü və ətraflarından indiyə qədər qaçan insanların sayı 7 minə çatır. Cisr əl-Şuqurdan 20 kilometr məsafədə yerləşənTürkiyə minlərlə qaçqını sığınacaqla təmin edir. Şəhər sakinləri minlərlə insanın Türkiyə sərhəddində yerləşən Suriya kəndlərində sığınacaq tapdığını bildirir.