BMT-nin insan haqları şurasının yüksək səviyyəli nümayəndələri keçən həftə Suriyanın Hula şəhərində onlarla kişi, qadın və uşağın həlak olduğu qətliamı müzakirə etmək məqsədilə bu gün Cenevrədə fövqəladə sessiya keçirir.
BMT-nin İnsan Haqları Şurasının hadisəyə görə məsuliyyətin bir hissəsini Suriya hökumətinin üzərinə atacağı gözlənilir. Qətlə yetirilmiş 108 insanın təxminən yarısı uşaqlardır.
Dünən çıxarılmış qətnamə qətlləri, mülki vətəndaşlara qarşı ifrat güc tətbiq edilməsini pisləyib və Suriya hökumətini dərhal bütün zorakılıqlara son qoymağa çağırıb.
Dünən Türkiyədə çıxış edən BMT-nin baş katibi Ban Ki Mun BMT müşahidəçilərinin Suriyada baş verənlərin ilk şahidləri olduqlarını deyib.
ABŞ rəsmiləri də Suriyada humanitar vəziyyətinin pisləşdiyi barədə xəbərdarlıq edib.