Suriyada 6 nəfər öldürülüb

Fəallar Suriyanın hökumət qüvvələrinin Rastan şəhərində müxalifət mövqelərini hədəf aldığını, ölkə boyu isə hökumətə qarşı etirazlarda iştirak edən 6 nəfərin öldürüldüyünü bildirirlər.

Suriyanın İnsan Haqları Müşahidəçi Qrupunun üzvləri bu gün hökumət qüvvələrinin Rastan şəhərini intensiv hücumlara məruz qoyduğunu deyir.

Baş qərargahı Britaniyada yerləşən qrup Dəməşq yaxınlığında baş verən partlayış nəticəsində 3 nəfərin, ölkənin müxtəlif bölgələrində baş verən zorakılıqlar nəticəsində isə daha 3 adamın öldüyünü bildirir.

Bu arada isə Livanın yaraqlı Hizbullah qrupu Beyrutda baş qaldıran etirazlardan və Suriyadan keçən 11 zəvvarın oğurlanmasından sonra xalqı sakitliyə çağırıb.