BMT-nin Suriyada müşahidəçi qrupu genişləndirilir

  • Amerikanın səsi

BMT-nin müşahidəçilərdən ibarət qrupu altı hissəli sülh planının bir hissəsi kimi Suriyaya səfər edib.

Dünən BMT və Ərəb Liqasının xüsusi nümayəndəsi Kofi Annan Təhlükəsizlik Şurasına yalnız əməl edilən vədlərin sayılacağını bildirib.

ABŞ-ın BMT-dəki səfiri Suzan Rays deyib ki, zorakılıqlar dayandırılmasa, Birləşmiş Ştatlar Suriya hökuməti üçün ciddi nəticələri olacaq ölçülər götürülməsi və Təhlükəsizlik Şurasında növbəti addımların atılması istiqamətində iş görməyə hazırdır.

BMT Təhlükəsizlik Şurası Şuriyada müşahidəçi qrupun sayının 300 nəfərə çatdırılaraq genişləndirilməsi planını artıq təsdiqləyib. Dünən keçirilən brifinqdə BMT-nin sülhməramlı qüvvələrinin başçısı Herv Ladsus həftənin sonuna qədər 30 müşahidəçinin bölgəyə yollanacağını və bir ay ərzində müşahidəçilərin sayının 100-ə çatdırılacağını proqnozlaşdırıb.

Ölkədən xaricdə fəaliyyət göstərən Suriya müxalifət liderləri müşahidəçilərin sayının Suriya ərazisini müşahidədən keçirmək üçün az olduğunu deyib.