İsveçin baş naziri Ağ Evdə Co Baydenlə görüşəcək

İsveçin baş naziri Ulf Kristersson. Berlin, Almaniya 15 mart, 2023.

NATO liderləri Litvada sammitə hazırlaşdığı bir vaxt, ABŞ Prezidenti Co Baydenin çərşənbə günü Ağ Evdə İsveçin baş naziri Ulf Kristerssonla danışıqlar aparaçağı gözlənilir.

İsveç Rusiyanın ötən il Ukraynaya hərbi müdaxiləsindən sonra NATO-ya qoşulmağa çalışır. NATO liderləri 2022-ci ildə keçirilən sammitdə İsveçin üzvlüyünü təsdiqləsə də, Türkiyə və Macarıstan hələ ki, hazırkı üzvlərik yekdilliyi ilə baş tutmalı olan prosesdə İsveçin ittifaqa üzv olmaq müraciətini təsdiq etməyib.

İsveçlə yanaşı Finlandiya da NATO-ya üzvlük üçün müracət edib və aprel ayında ittifaqa qəbul edilib.

“Prezident Bayden və Baş Nazir Kristersson bizim təhlükəsizlik sahəsində artan əməkdaşlığımızı nəzərdən keçirəcək və İsveçin mümkün olduğu qədər tez bir zamanda NATO-ya qoşulmalı olduğuna dair fikri təkrar təsdiqləyəcəklər,” Ağ Evin mətbuat katibi Karin Jan-Pyer ötən həftə açıqlamasında bildirib.

Türkiyə İsveçin Türkiyənin terror təşkilatı hesab etdiyi qruplara qarşı çox yumşaq olmaqda günahlandırıb. Türkiyə, İsveç və Finlandiya arasında əldə olunan razılığın bir hissəsi olaraq İsveç, yeni terrorla mübarizə qanunu daxil olmaqla, bir sıra islahatlar həyata keçirib. NATO-nun baş katibi Yens Stoltenberq üç ölkəni cümə axşamı danışıqlar üçün bir araya gətirməyi planlaşdırır.