“Mütəxəssislərin apardıqları yoxlamalar nəticəsində Bayıl yamacındakı sürüşmə təhlükəsi olan ərazidə 103 ev müəyyən edilib. Bayıl yamacındakı evlərdən cəmi altısının sənədi var”. Bu barədə Amerikanın Səsinə Səbael Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini İsrafil Kərimov bildirib.
Onun sözlərinə görə, buradakı evlərin 90%-ə qədəri 2000-ci ilə qədər olan dövrün, o cümlədən 25%-i ötən əsrin 60-70-ci illərin tikililəridir. Son 3 ildəbura 4 mövcud tikiliyə əlavələr edilib və hər bir fakt barədə materiallar hüquq-mühafizə orqanlarına göndərilib, araşdırmlar gedir”, İ.Kərimov əlavə edib.
Rayon İcra Hakimiyyətinin təmsilçisi deyib ki, bir neçə evi çıxmaq şərti ilə qalan evlər aztəminatlı insanlar və məcburi köçkünlər tərəfindən tikilən “gecəqondu”lardır, bütünlükdə ev tikintisi tələblərinə cavab vermir.
“Yamacda tikilən fərdi yaşayış evləri 1 gecədə, əsas etibarı ilə aztəminatlı insanlar və məcburi köçkünlər tərəfindən inşa edilib, möhkəm özülü, dayağı olmayan, 1 mərtəbəli qeyri-qanuni tikililərdir. Belə tikililərin isə torpağın sürüşməsinə təsiri yox dərəcəsindədir. Sürüşmə ilə bağlı araşdırmalara gəlincə, buradakı xarıcı mütəxəssislərin rəyinə (Yaponyadan olan mütəxəssislər ərazidə araşdırma aparır-red) görə, baş verən prosseslər daxili tektonik prosseslər olaraq, aktiv fazanın ilkin hissəsidir. Prosseslərin dərinləşməməsi üçün təkliflər paketi hazırlanaraq dövlət qurumlarına təqdim olunacaqdır”.
İ.Kərimovun sözlərinə görə, bu rəylər bəzi qurumların sürüşməyə səbəb kimi tikinti və s. xarici amillərin göstərilməsini iddialarını alt-üst edir.
İ.Kərimovun dediyinə görə, hazırda RİH-də yaradılan Qərargah üzvləri tərəfindən ərazidə aparılan araşdırmalar başa çatmaq üzrədir, yoxlamaların nəticələri ilə bağlı məsələyə hüquqi qiymət və ictimaiyyətə məlumat veriləcək, buradakı tikililərin gələcək taleyi isə huquqi müstəvidə həll olunacaq.
Xatırldaq ki, Bayıl yamacında sürüşmə bu ilin yanvarında aktiv fazaya keçib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi sürüşməyə səbəb kimi yağıntı miqdarını çox düşməsini və bir də burada aparılan tikinti işlərini göstərib. Eyni zamanda nazirlik sürüşmə zonası yaxınlındakı teleqüllənin hər hansı uçmaq təhlükəsi olmadığını bildirib.
Amma, yanvarın 24-dən etibarən sürüşmə zonasından olan 80 evin 390 sakini təhlükəsiz yerlərə, məktəblərə, sığınacaqlara köçürülüblər.
Yamacda bundan öncə 2000-ci ildə sürüşmə təhlükəsi yaranıb. O zaman Nazirlər Kabineti evlərin köçürülməsinə qərar verib. Yamacdakı 150 evin sakinlərinə kompensasiya verilib və ərazidən köçürülüb. Qalan 156 evdə yaşayan sakinləri isə kompensasiyanın məbləği qane etmədiyindən evlərində qalmağa üstünlük verib.