Las Veqas sürücüsüz avtobuslara keçir

Texnologiya dünyanı dəyişir. Hazırda bəzi şəhərlər sürücüsüz ictimai nəqliyyat vasitələrinə üstünlük verir.

ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində bildirir ki, Las Vegas şəhəri sürücüsüz idarə olunan elektrik avtobuslardan istifadə edir.

Bu avtobuslar ilkin mərhələdə qısa məsafələrdə sərnişinləri daşıyır və onların reaksiyasını yoxlayır. Nəticələr gözləntiləri doğrultduğundan 2017-ci ilin sonunda burada bir neçə sürücüsüz avtobus sərnişinləri şəhərin əsas marşrutları üzrə daşıyacaq.

Sürücüz avtobuslar həmçinin maddi cəhətdən sərfəlidir. Belə ki, onların aylıq xərci 10 000 dollar civarındadır, sürücü ilə idarə olunan avtobusların isə bir illik xərci 1 milion dollar civarındadır.