Azərbaycan XİN Türkiyədə baş vermiş terror aktını pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Şanlıurfa vilayətinin Suruç şəhərində baş verən terror aktını pisləyib.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin məlumatına görə XİN bu terror aktı nəticəsində həlak olmuşların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir:

"Biz, Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktını qəti şəkildə pisləyirik. Bu terror aktının qurbanı olmuş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik."

Bundan başqa, XİN-dən bu terror aktını qəti şəkildə qınadıqlarını bildiriblər: "Terrorizmdən əziyyət çəkən dövlət kimi, terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır və qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq."deyə məlumatda deyilir.