Suriyada nümayişçilərə qarşı tikanlı bombalardan istifadə edilib

  • Amerikanın səsi

Suriyada nümayişçilərə qarşı tikanlı bombalardan istifadə edilib

Suriyanın təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı tikanlı bombalardan istifadə edib. Aksiya Ərəb Liqası müşahidəçi qrupunun bir neçə mühüm şəhərə səfər etməsindən bir gün sonra təşkil edilib.

Suriyanın İnsan Hüquqları Müşahidə qrupunun bildirdiyinə görə, nümayişçilər Dəməşq yaxınlığındakı Doma rayonunda dağıdılıb. Nümayişçilərin bəzisi qüvvələri daşa basıb.

Fəraada beş aksiya iştirakçısı,Livan sərhədlərində isə 4 adam öldürülüb.

Fəallar dünən qüvvələr tərəfindən 25 adamın öldürüldüyü bildirib.

Suriyanın müttəfiqi Rusiya bu gün Ərəb Liqasının missiyasının ilkin mərhələsinin nəticələrindən razı qalıdığını bəyan edib.

Suriya hökuməti Homs şəhərindən tankaları çıxarıb, 800-ə yaxın məhbusu azadlığa buraxıb. Lakin müxalifət 100 mindən artıq insanın hələ də həbsdə olduğunu deyir.