Ağ Ev: "Əsəd rejiminə hakimiyyətdaxili və beynəlxalq dəstək çökməkdədir."
Suriyanın İraqdakı səfiri Navaf Fares iqtidarı tərk edərək inqilaba qoşulduğunu bəyan edib.
Ərəb dilli Əl-Cəzirə televiziya kanalında Fares bəyanatla çıxış edərək Bəəs partiyasından istefa verdiyini bəyan edib.
O, hərbçiləri də ona qoşulmağa səsləyərək, öz xalqını öldürməyin şərəf gətirmədiyini bildirib. Faresın haradan çıxış etdiyi aydın deyildi.
O, 16 ay qabaq başlayan qanlı üsyandan bəri Bəşər Əl-Əsəd rejimini tərk edən ən yüksək vəzifəli Suriya rəsmisidir.
Vaşinqtonda Ağ Evin sözçüsü Cey Karni bu hadisəni cənab Əsədə öz hökumətində və beynəlxalq səviyyədə dəstəyin çökməsi kimi qiymətləndirib.
Daha öncə Birləşmiş Millətlər Təşkilatının elçisi Kofi Annan bu həftə prezident Əsədlə görüşdən sonra Suriya liderinin müxalifətlə danışıqlarda onu təmsil edəcək vasitəçi təyin etdiyini bildirmişdi. Cənab Annan təyin olunan vasitəçinin adını açıqlamayıb.