Suriyalı qaçqınlar Rusiyada xoş qarşılanmır

Your browser doesn’t support HTML5

Rusiyanın Suriyada prezident Bəşər Əl-Əsədə dəstək olaraq hərbi hava hücumları kampaniyası başlamasından öncə, bir çox suriyalı Moskva və Dəməşq arasında uzun müddətdir mövcud münasibətlər nəticəsində biznez və ailə əlaqələri yarandığına görə Rusiyaya pənah gətirirdi. Bu yaxın əlaqələrə baxmayaraq, Rusiya dövlət orqanları yalnız iki suriyalıya qaçqın statusu verib və uşaqlar da daxil olmaqla minlərlə  başqa şəxsi təkcə müvəqqəti hüquqi statusla təmin ediblər.