Suriyada zorakılıqlar ara vermir

  • Amerikanın səsi

Suriyada zorakılıqlar ara vermir

Qərb və ərəb dövlətləri Suriyada vüsət alan zorakılıqları dayandırmaq üçün təşəbbüsləri intensivləşdirdikləri bir zamanda ölkə boyu qurbanların sayı artır.

Müxalifət fəalları dünən bütün ölkə boyu azı 59 adamın öldüyünü xəbər veriblər. Lokal Koordinasiyalar Komitəsi adlanan bir qrup Vadi Barada qəsəbəsində 36 mülki vətəndaşın və azı 6 ordudan qopmuş əsgərin həlak olduğunu xəbər verib. Bu qəsəbə Dəməşqdən bir neçə kilometr şimal-qərbdə dağların ətəyində yerləşir.

Təkcə ötən həftə ərzində bütün ölkə boyu 300 adam həlak olub. Zorakılıqların əksər kəsimi Dəməşqin şərqində hökumət qüvvələri ilə Azad Suriya Ordusu arasındakı döyüşlər zəminində baş verib.