İnsan haqları təşkilatları bildirirlər ki, Suriya təhlükəsizlik qüvvələri azı beş adam öldürüblər. Son qətllər Ərəb Liqası müşahidəçilərinin qaynar bölgələrə səfər etdiyi zaman baş verir.
Homsda çəkildiyi deyilən videoda suriyalı etirazçılar müşahidəçilərə hökumət əsgərləri tərəfindən öldürülmüş oğlan uşağının cəsədini göstərirlər.
Sonra etirazçılar və monitorlar qaçmağa başlayırlar. Şahidlər hökumət qüvvələrinin onlara atəş açdıqlarını bildirir.
Videoda həmçinin üsyançıların Suriya ordu konvoyuna atəş açdıqları göstərilir.
Bu və başqa insidentlər Ərəb Liqası müşahidəçilərinin kvalifikasiyaları və müstəqilliklərini sual atlına alıb.