Suriya hökumət qüvvələri Həma vlayətində üsyançı qəsəbəyə hücum ediblər

  • Amerikanın səsi

Suriya insan haqları qrupu bildirir ki, təhlükəsizlik qüvvələri mərkəzi Həma vilayətində üsyançıların qərar tutduqları qəsəbəyə hücum edərək uşaqlar daxil olmaqla 16 adamı öldürüblər.

Britaniyada qərargahlanan Suriya İnsan Haqları Müşahidəçiləri qrupu xəbər verir ki, hökumət qüvvələri artilleriya və yüngül çaplı silahlarla Suran qəsəbəsini atəşə tutublar. Təlafatlar haqa məlumat müstəqil mənbələr tərəfindən təsdiq edilməyib.

Başqa xəbərdə, Dəməşqin civarındakı Duma qəsəbəsini dolaşan BMT rəsmiləri və jurnalistləri yaxınlığında yolkənarı bomba partlayıb. Partlayış nəticəsində heç kəs xəsarət almayıb. İnsident BMT müşahidəçilərinin Suriyadakı rəhbəri General Mayor Robert Mood-un dayandığı yerdən 150 metr məsafədə baş verib.

Partlayışdan öncə Suriya rəsmiləri Dumada silahlı şəxslərin 30 əsgəri yaraladıqlarını xəbər vermişdilər. Duma prezident Bəşar əl-Əsədə qarşı üsyanın episentrində olan yaşayış məntəqələrindən biri sayılır.