Suriyada bələdiyyə seçkiləri zorakılıqlarla müşayiət olunur

  • Amerikanın səsi

Suriyada bələdiyyə seçkiləri zorakılıqlarla müşayiət olunur

Hökumətin islahatlar barədə vədlərinin tərkib hissəsi olaraq ölkədə bələdiyyə seçkilərinin keçirildiyi bir vaxt, Suriyanın insan haqalrı müdafiəçiləri bir neçə bölgədə təhlükəsizlik qüvvələri ilə silahlılar arasında qarşıdurmalar baş verdiyini bildirirlər. Baş qərargahı Londonda yerləşən Suriyanın İnsan Haqları Təşkilatının müşahidəçilərinin bildirdyinə görə, təhlükəsizlik qüvvələri ilə toqquşmalar ölkənin şimal-qərb bölgəsindəki İdlib və cənubdakı Dəra şəhərlərində baş verib. Bələdiyyə seçkilərinin 14 vilayətdə, 1700 yer uğrunda keçirildiyi deyilir. Hökumət əhalini səsvermədə fəal iştirak etnməyə çağırıb.