Suriyada ABŞ səfiri pomedor hücumuna məruz qalıb (yenilənib)

  • Amerikanın səsi

Suriyada ABŞ səfiri pomedor hücumuna məruz qalıb (yenilənib)

Suriya ABŞ-a qarşı tənqidi artıraraq Vaşınqtonu suriyalıları təhlükəsizlik qüvvələrinə qarşı zorakılığa təhrik etməkdə ittiham edir. Suriya müxalifət rəsmilərinin sözlərinə görə prezident Bəşər əl-Əsədin tərəftarları ABŞ-ın Suriyaya səfirinə pomedorlar atıblar və Həsən Əbdül Əzim səfirlə görüşərkən Əsədin tərəftarları görüş keçirilən ofisə basqın etməyə cəhd ediblər. Həsən Ədül Əzim səfir Robert Fordla görüşərkən 100 nəfər Əsəd tərəfdaşının onun Dəməşqdəki ofisinin həyətində toplaşdığını deyir. Şahidlər Ford görüşə gedən anda 100 nəfərin onun üzərinə getdiklərini deyib. Bundan başqa bu gün Suriya Xarici İşlər Nazirliyi ABŞ-ı təhlükəsizlik qüvvələrinə qarşı zorakılığa təhrik etməkdə ittiham edib.