Suriya üsyançıları şimalda üstünlük qazanır

Suriya üsyançıları paytaxt Dəməşq yaxınlığında ciddi itkilərdən bir gün sonra ölkənin şimalında üstünlük əldə etdiklərini bildiriblər.

Qərargahı Britaniyada yerləşən Suriyada İnsan Hüquqlarının Müşahidə qrupu üsyançıların Hələb şəhəri ətrafında Xan Əl-Assal kəndini ələ keçirdiyini bildirib.

Kənd yaxınlığında atışmaların davam etdiyi və Suriya ordusunun hava hücumlarına dair məlumatlar verilir.

Xan Əl-Assal Suriyanın ən böyük şəhəri olan Hələbə nəzarət uğrunda gedən döyüşlərdə əsas cəbhə xəttində olub. Həm üsyançılar, həm Suriya hökuməti bir-birini bu ilin mart ayında 30 insanın ölümülə nəticələnmiş döyüşlər zamanı kimyəvi silahlardan istifadə etməkdə günhalnadırır.