Suriya üsyançıları Şərqi Qutadan çıxarılır

Yüzlərlə Suriya üsyançısı və mülki vətəndaşın Dəməşq ətrafında mühasirədə olan şərqi Qutanın ikinci zonasından çıxarılması bazar günü davam etdirilib. Onların çıxışı üsyançıların illərdir davam edən mühasirə və bombardmanlardan sonra bir neçə şəhər və kəndi tərk etməyə razı olmasının ardınca başlayıb.

Dövlətə aid Əl-İxbariyyə televiziyasının verdiyi məlumata əsasən, şərqi Qutanın üç zonasından bazar günü 900 nəfər təxliyyə edilib. Suriyada İnsan Hüquqlarını Müşahidə qrupunun bildirdiyinə görə, şənbə günü minə yaxın üsyançı, onların ailə üzvləri və başqa mülki vətəndaş şəhəri tərk edib.

Suriya hökumət qüvvələri üsyançı döyüşçülər və onların ailə üzvlərinin Qutadan təxliyyəsinə nəzarət edir.

Onlar Qutadan avtobus karvanı ilə o cümlədən, yaşıl rəngli şəhər bələdiyyəsinə aid abtobuslarda çıxarılırıb. Bu, Suriya müxaifəti üçün məğlubiyyət rəmzi olmaqa yanaşı, həm də hökumətin ölkə boyu şəhərlərə nəzarəti geri alması ilə Suriya əhalisinin ciddi şəkildə yerdəyişməsi deməkdir.

Təxliyyə üsyançıların prezident Bəşar Əsəd hökumətinin qüvvələrinin illərdir davam edən mühasirəsi və bombardmanlarından sonra Dəməşq və başqa böyük şəhərlər ətrafında geniş əraziləri təhvil verməsi modeli əsasında keçirilir. Üsyançılar hökumətin İranın İnqilabi Qvardiyası və Rusiya hərbi hava qüvvələrinin dəstəyi ilə ağır artilleriya hücumları və hava bombardmanları qarşısında köməksiz qalmışdı.

Üsyançılar və mülki əhalinin güclü bombardmanlar nəticəsində Şərqi Quta şəhərinin böyük hissəsi dağılıb.

Üsyançılar şərqi Qutadan cümə axşamı günündən çıxmağa başlayıb. Üsyançıların nəzarət etdiyi İdlib vilayəti ilə sərhəddəki Harasta şəhərini 7 min nəfər tərk edib.

Suriya hökuməti üsyançılara və kişilərə silahları yerə qoyub hərbi xidmət üçün qeydiyyatdan keçmək, ya da Suriyada üsyançıların nəzarətində olan başqa yerlərə getmək kimi seçim verib. Suriya boyu on minlərlə insan orduda xidmət etmək, ya da qəddarlığı ilə tanınan təhlükəsizlik xidməti tərəfindən həbs edilmək kimi riski ilə qarşılaşmaq deyil, ailələri ilə başqa yerlərə getməyə üstünlük verib.

Harasta şəhərindən insanlar təxliyyə edilir.

Tənqidçilər bunun məcburi yerdəyişmə və yüz minlərlə insanın ərzaq və tibbi yardımdan məhrum olması və bundan sonra zorakılıqlara məruz qalmasına gətirib çıxaran qəddar mühasirə taktikasına bəraət qazandırılması demək olduğunu bildirir. BMT-nin yüksək səviyyəli rəsmiləri bu taktikaları müharibə cinayətləri və insanlığa qarşı cinayətə bənzədib.

Suriya hökumətinin 2011-ci ildə Ərəb Baharı adı il tanınan hərəkat zamanı ölkəni bürümüş etirazları boğması ilə başlamış vətəndaş müharibəsi nəticəsində təxminən 11 milyon insan öz yerlərini tərk edib.