Suriya Türkiyəni İraqa əsgəri qüvvə göndərdiyinə görə kəskin tənqid edərək, Ankaranı hər iki ölkədə "qeyri-konstruktiv" rol oynamaqda ittiham edib.
Türkiyənin Baş naziri Əhməd Davudoğlu əsgərlərin yerləşdirilməsini hərbi qüvvələrin bir il əvvəl İslam Dövləti qrupu tərəfindən nəzarət edilən Mosul yaxınlığında hərbi baza yaradıldığı zaman planlaşdırılmış rotasiyası olduğu deyib.
Davudoğlu hərbi qüvvələrin İraq rəsmilərilə uyğunlaşdırılaraq yerləşdirildiyini deyib, lakin rəsmi Bağdad şənbə günü əsgərlərin çıxarılmasını tələb edib.
Suriyanın Xarici İşlər nazirliyi açıqladığı bəyanatda "İraq ərazisinin Türkiyə tərəfindən pozulmasını qınayıb" və bunun "Ankaranın Suriya və İraqda qeyri-konstruktiv rolunun davamı" olduğunu bildirib. Xarici İşlər nazirliyinin bəyanatı Suriya dövlət televiziyasında oxunub.
Suriya Ankaranı ölkədə vətəndaş müharibəsində "terrorçu" qrupları dəstəkləməkdə ittiham edib. Türkiyə Suriya münaqişəsinin uzun müddətli həllinin bir hissəsi olaraq prezident Bəşar Əl-Əsədin hakimiyyətdən getməli olduğunu bildirir. Türkiyə Suriyada Bəşar Əl-Əsəd qüvvələrinə qarşı mübarizə aparan üsyançı qrupları dəstəkləyən bir sıra xarici ölkə arasındadır.
İraqın Xarici İşlər nazirliyi Türkiyənin səfirini nazirliyə dəvət edərək, hərbi qüvvələrin çıxarılması tələbini irəli sürüb. İraq Türkiyə hərbi qüvvələrinin ölkəyə Bağdadda mərkəzi hökumətin xəbəri olmadan daxil olduğunu və qüvvələrin ölkədə mövcudluğunu "düşmən aktı" kimi qəbul etdiyini bildirib.