Suriyada ABŞ-ın səhiyyə qrupunun iki üzvü öldürülüb

ABŞ-ın səhiyyə qrupunun iki üzvü Suriyanın şimal-qərb bölgəsindəki hücum zamanı öldrülüb. Hücum 3-cü tibbi könüllünün də ölümünə səbəb olub.

6 hava zərbəsi İdlib vilayətinin Maaret Hwrmeh şəhərindəki təcili yardım mərkəzini hədəf alıb. Mərkəz və təcili yardım maşını tam sıradan çıxıb.

Yerli xəbərlərdə hücumun Rusiya təyyarələri tərəfindən həyata keçirildiyi bildirilib.

“Bombardmanlardan yaralanan mülki vətəndaşlara yardım göstərən tibb işçiləri öldürülüb” , Hürriyə Press yazıb.

Britaniyada yerləşən Suriyada İnsan Haqlarının Monitorinqi qrupunun bildirdiyinə görə, İdlib hücumunda ümumilikdə 7 nəfər həyatını itirib.

Suriyada 2011-ci ildən bəri 850 tibb işçisi qətlə yetiriib.