Suriyada kimyəvi silahların təmizlənməsinə nəzarət edən beynəlxalq kimyəvi silahlara nəzarət agentliyi bildirib ki, Suriyada son zəhərli kimyəvi maddələri də məhv edilmək üçün agentliyə təhvil verib.
Kimyəvi Silahalara Qadağa Təşkilatının rəhbəri Əhməd Üzümçünün Haaqada keçirdiyi mətbuat konfransında bildirdiyinə görə, son kimyəvi silahları gətirən gəmi artıq Suriyanın Latakiya limanını tərk edib.
Cənab Üzümçü deyib ki, agentliyə təhvil verilən 1300 ton kimyəvi silahı məhv etmək 4 ay vaxt ala bilər.
Böyük Britaniyanın BMT-dəki səfirinin müavini Peter Vilson bunun böyük irəliləyiş olduğunu desə də bildirib ki, prosedur və fakt uyğunsuzluğuna dair bəzi məsələlər var ki, onlar öz həllini tapmalıdır.
Suriya prezidenti Bəşar Əl-Əsəd Suriyanın kimyəvi silah başlıqlarını məhv etməyə razılıq verib. Xatırladaq ki, keçən il Dəməşq yaxınlığında sarin qazı ilə həyata keçirilən hücum nəticəsində yüzlərlə insan həlak olmuşdu.