Suriya kimyəvi silahların məhvi planını təqdim etməyə hazırlaşır

Mideast Syria Chemical Weapons News Guide

Suriyanın kimyəvi silah proqramını zərərləşdirmə missiyası hökümətin mövcud kimyəvi silah başlıqlarının məhvi planını açıqlanmasını gözləyir.

Kimyəvi silah başlıqlarının məhvi BMT və Kimyəvi Silahlara Qadağa Təşkilatının əldə etdiyi razılığın son mərhələsidir.

Planı təqdim etmək üçün Suriyaya bazar gününə qədər vaxt verilib. Ancaq Kimyəvi Silahlara Qadağa Təşkilatı bildirib ki, 24 saat ərzində hökümətin silahların məhvi planını missiyaya təqdim etməsi gözlənilir.

Təşkilatın müfəttişləri Suriyanın göstərdiyi obyektlərdə təchizatları məhv edirlər.

Qrup noyabr ayının 1-dək Suriyanın yeni silahlar istehsal etmə qabiliyətini zərərləşdirə biləcəklərindən əmin olduqlarını bildiriblər.