Ağ Evin bildirdiyinə görə, prezident Obama əməliyyata başlamazdan əvvəl Suriya hökumətinin kimyəvi silahlardan istifadəsinə dair iddialarla bağlı əsaslı faktlar əldə edilməsini gözləyir.
Sözçü Cey Karni müxbirlərlə söhbəti zamanı kəşfiyyatçıların dünən açıqlanan məlumatın dəyərləndirilməsi sahəsində iş apardığını deyib.
Britaniyanın baş naziri Suriya hökumətinin rəqib döyüşçülərə qarşı kimyəvi silahlardan istifadə etdiyinə dair əlavə dəlillər əldə edildiyini bildirib. Onun bəyanatı ABŞ kəşfiyyat agentliklərinin hesabatlarından sonra səslənib.
Deyvid Kameron hadisələrin olduqca narahatedici səmtdə cərəyan etdiyini deyərək, bunların müharibə cinayətləri hesab edilə biləcəyini bildirib.
Bundan əvvəl Ağ Ev Amerikanın kəşfiyyat orqanlarının Suriya hökumətinin sarin qazından istifadə etdiyindən əmin olduqlarını bəyan edib. Lakin dəlillərin kifayət qədər olmadığı üçün Amerika ölçülərə əl ata bilmir. ABŞ prezidenti Barak
Obama Suriyanın kimyəvi silahlara əl atmasının “oyunun şətrlərinin dəyişəcəyini” bildirib.
Bəzi ABŞ qanunvericiləri Amerikanın 70 min insanın ölümünə səbəb olan müraribəyə müdaxilə etməsini istəyir.
Eyni zamanda bu gün Dəməşqdə döyüşlər davam edib. Suriyanın İnsan Haqları Müşahidəsi qrupu dünən aparılan döyüşlər nəticəsində 130 adamın həlak olduğunu xəbər verir.