Rusiya Suriyada müxalifətin kimyəvi silahlardan istifadə etdiyinə dair iddiasından əl çəkmir. Bu gün Rusiyanın xarici işlər naziri fransız həmkarı Loran Fabiusla Moskva görüşündən sonra deyib ki, 21 avqust hücumu Suriya müxalifətinin təhrikçiliyidir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, ötən ay Dəməşq yaxınlığındakı hücum xaricdən hərbi yardım əldə etməyə çalışan üsyançılar tərəfindən törədilib.
Moskvada keçirilən görüşdən sonra Lavrov fransalı həmkarı Loren Fabius birgə mətbuat konfransında bildirib ki, BMT təhqiqatçılarının təqdim etdikləri hesabatda kimyəvi silahların əraziyə Suriya qüvvələri tərəfindən gətirildiyi barədə heç-bir şübhənin olmadığını aydın göstərir.
Lavrov hər iki diplomatın Suriyaya sülh gətirmək kimi eyni məqsədə xidmət etdiklərini, lakin bu tapşırığı yerinə yetirmək üçün fərqli düşündüklərini deyib.
Rusiya Suriya əməkdaşlıq etməyə razı olmadığı təqdirdə, Fransa, Britaniya və ABŞ-ın BMT qətnaməsinə hərbi əməliyyatın daxil edilməsi fikrinin əleyhinə çıxır.
ABŞ və Britaniya Suriyanın kimyəvi silahları təhvil verməsinə son möhlət təyin edilməsinə dair qətnamənin təsdiqlənməsini istəyir.