BMT nümayəndəsi Laxdar Brahiminin sözlərinə görə, Süriya sülh danışıqları Cenevrədə davam edəcək. Ancaq diqqətləri mümkün razılığa yönəltmək üçün keçid hökumətinə dair müzakirələr hələlik kənara qoyulacaq.
Cənab Brahimi deyib ki, tərəflər bir neçə gündür qadın və uşaqların Homs şəhərindən necə çıxarılmasını müzakirə etsə də, ələ keçirilmiş şəhərə humanitar yardım göndərilməsinə imkan yaradılması barədə razılığa gəlinməyib.
------------------------------------------
Bundan əvvəl Cenevrədə keçirilən Suriya sülh konfransında tərəflər keçid hökumətinin yaradılmasını müzakirə etməyə başladıqdan bir qədər sonra danışıqların dalana dirəndiyi bildirilmişdi.
Müxalifət nümayəndələri Suriya hökumətinin danışıqların baza prinsiplərinə dair bəyannaməsini rədd edib. Hökumət nümayəndələri Dəməşqdə hakimiyyətin keçidini vurğulamayaraq bildirib ki, bu mövzu Cenevrə danışıqlarının çərçivəsindən kənarda olub.
Suriya xarici işlər nazirinin müavini Feysəl Mekdad hökumət nümayəndələrinin keçid hökuməti deyil, terrorizmi müzakirə etmək üçün danışıqlarda iştirak etdiklərini deyib.
Mənbələr bundan bir qədər sonra Laxtar Brahiminin görüşü ləğv etdiyini bildirib.
Dünən cənab Brahimi Suriya hökumət qüvvələri ilə bundan əvvəl əldə edilən razılıqdan sonra qadın və uşaqların Homs şəhərinin mühasirəyə alınmış hissəsindən çıxmalarına icazə veriləcəyinə ümid etdiyini də dilə gətirib.
Homs Suriyanın ən böyük şəhərlərindən biridir və hökumət qüvvələri bu şəhərə nəzarəti geri qaytarmaq üçün üsyançılara qarşı hücumlar həyata keçirir.
Bazar günü keçirilən iki dəyirmi masa danışıqlarına Suriya həbsxanalarından minlərlə insanın azadlığa buraxılması da daxil olub.
Suriya hökuməti və müxalifət nümayəndələri arasında görüş ilk dəfə şənbə günü Cenevrədə keçirilib.
Brahimi deyib ki, müxalifət Suriya hökumətinin üsyançı ordusu tərəfindən həbs edilən insanların siyahısını vermə tələbi ilə razılaşıb.
Rəsmilərin II Cenevrə adlanan danışıqlarının məqsədi Suriyada keçid hökumətinin yaradılmasına nail olmaqdır. Təhlilçilər bunun üçün şansın az olduğunu deyir.