Rəqqa şəhəri İŞİD terror qrupundan azad edildikdən sonra şəhərə qayıtmağa ümid edən suriyalılara qeyri-müəyyən müddət gözləmələri deyilib.
Koalisiya rəsmiləri problemin səbəbinin şəhər boyu minlərlə improvizasiya edilmiş və bəzilərinin artıq itkilərə səbəb olduğu potensial partlayıcı qurğular və tələ bombalar olduğunu deyib.
“Qruplar partlayıcı qurğuları qiymətləndirdikləri, müəyyən etdikləri və aradan qaldırdıqları üçün təmizləmə prosesi zaman alacaq. Qarşıdan gələn həftələrdə Suriya Demokratik Qüvvələri partlayıcı qurğuları şəhərdən təmizləməyə davam edəcək və yaxın gələcəkdə şəhərin nəzarətini yerli Rəqqa Daxili Təhlükəsizlik Qüvvələrinə təhvil vermək üçün hazırlıq görəcək. Mülki vətəndaşlar isə təhlükəsizlik təmin edildikdən sonra şəhərə dönəcək” deyə general mayor Ceyms Carrard bildirib.
İmprovizasiya edilmiş partlayıcı qurğular, tələ bombalar və partlamamış hərbi təchizatlardan gələn təhlükələri nəzərə almasaq, Rəqqa şəhəri artıq İŞİD döyüşçülərindən təmizlənib.